• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

G7 Ukraynaya 15 milyard avro ayırır

DÜNYA

17 May 2022 | 21:02

G7 Ukraynaya 15 milyard avro ayırır

G7-nin ("Böyük Yeddilik") maliyyə nazirləri bu həftə baş tutacaq görüşdə Ukraynaya 15 milyard avroluq yardım paketi barədə razılığa gəlmək istəyirlər.

Bakıvaxtı.az xəbər verir ki, paket üç ayı əhatə edəcək, kreditlərdən fərqli olaraq geri qaytarılmasına ehtiyac olmayan qrantlar şəklində qısamüddətli maliyyələşdirmə ilə təmin ediləcək. Belə ki, Ukraynanın gəlirləri azaldığı üçün xilasetmə proqramına ehtiyac var.

ABŞ artıq yardımın yarısını 7,5 milyard dollar qrant şəklində təqdim etməyi təklif edib.

UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, mayın 8-də G7 ölkələrinin liderləri Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya gələcək dəstəyi təmin edəcəklərini bildiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026