• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Gəncədə iki yaşlı qız evdə yanaraq ölüb

HADİSƏ

30 Iyun 2021 | 11:57

Gəncədə iki yaşlı qız evdə yanaraq ölüb

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 65 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladı, 2019-cu il təvəllüdlü Mahmudova Nuray Röyal qızının yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026