Mayın 12-də Gəncə şəhəri, Fikrət Əmirov küçəsini 22/22 ünvanındakı 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Adil Alıyevin ölməsi və 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədovanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən prokuror-kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib
İlkin ehtimallara əsasən yanğın tez alışan məhlulun alovlanması nəticəsində baş verib
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır
Hadisənin təfərrüatlarının tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilməklə müvafiq qərarın qəbul olunması təmin olunacaqdır.