İyunun 11-də saat 10:30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (1-i qadın cinsli, 1-i kişi cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.
Məlumata görə, 2001-ci il təvəllüdlü şəxsə (qadın cinsi) döş qəfəsinin yuxarı aşağı ətrafının küt travması, 2021-ci il təvəllüdlü azyaşlıya ( kişi cinsi) baş-burun nahiyəsinin əzilmiş səthi yarası, aşağı ətrafların diz oynağı nahiyəsinin əziyi diaqnozları təyin edilib. Hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilir.
***
11.49
Şəmkirdə baş verən yol qəzasında ölən və xəsarət alanların adları məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılova ölüb.
Avtomobilin sürücüsü, 2001-ci il təvəllüdlü Ş.Huseynova və sənrnişin 2021-ci il təvəllüdlü Əli Cavanşir oğlu xəsarət alıb.
Məlumata görə, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləridir.
***
10:47
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər v erir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobil idarəetmədn çıxaraq yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, azyaşlı xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.