Gəncədə yaşayış binasında yanğın olub.
Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, Gəncə şəhəri, Atatürk prospektində mənzildə baş vermiş yanğın nazirliyin yanğından mühafizə qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
...
14:40
Gəncə şəhərində yaşayış binasında yanğın olub, zəhərlənən var.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti 197 mənzil 58 ünvanında qeydə alınıb.
Hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Beş mərtəbəli binanın 3-cü mərtəbəsində olan 1 otaqlı mənzildə başvermiş yanğın söndürlüb. Yanğın nəticəsində evin 12 kvadratmetr sahəsi yanıb. Binada yaşayanlardan 10 nəfər təxliyə olunub.
Onlardan 2005-ci il təvəllüdlü P.Alıyev tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. Daha 1 qadına isə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
...
13:25
Gəncədə yanğın hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, şəhərin Atatürk prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 3 mərtəbəsində yanğın olub.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.
















