• Bakı 14° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Gəncədə zavodda partlayış - yaralanan var

HADİSƏ

17 Mart 2025 | 10:36

Gəncədə zavodda partlayış - yaralanan var

Gəncə Cihazqayırma Zavodunda partlayış baş verib.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, zavodun əməkdaşı Əli Xudiyev hamam otağında olarkən su qızdırıcısı partlayıb.

Məsələ ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, 1968-ci il təvəllüdlü şəxs bədənin l, ll, lll dərəcəli yanığı diaqnozu ilə Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunub.

Zəruri tibbi yardım göstərilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.


SON XƏBƏRLƏR