• Bakı 17° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Goranboyda yanğın - Bir nəfər xəsarət aldı

HADİSƏ

26 Oktyabr 2021 | 09:11

Goranboyda yanğın - Bir nəfər xəsarət aldı

Goranboy rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, hadisə rayonun Şəfibəyli kəndində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə, dam örtüyü 140 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026