• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağdaşda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

HADİSƏ

24 Noyabr 2021 | 19:06 | Müəllif: Subhan Mahmudov

Ağdaşda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Ağdaş rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə şəhərin Cəfər Cabbarlı küçəsi, 2 ünvanında qeydə alınıb.

Belə ki, 1942-ci il təvəllüdlü Qənirə Qurban qızı Şərifova, onun qızı, 1974-cü il təvəllüdlü Məryəm Seyfəddin qızı Məmmədova və nəvələri - 2004-cü il təvəllüdlü Məmmədova Şəfa Vüqar qızı və 2006-cı il təvəllüdlü Məmmədov Sadiq Vüqar oğlu dəm qazından zəhərlənib.

Həmin şəxslər huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR