• Bakı 15° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Bakıda DƏHŞƏT: Oğul anasının başını kəsdi - YENİLƏNİB

HADİSƏ

24 Dekabr 2021 | 11:12 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda DƏHŞƏT: Oğul anasının başını kəsdi - YENİLƏNİB

Nəsimi Rayon Prokurorluğu Bakıda qadının qətli ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Bakıvaxtı.az-a daxil olan məlumatda deyilir:

"Dekabrın 23-ü saat 13 radələrində paytaxtın Nəsimi rayonunda kirayədə yaşadığı evdə 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin oğlu, 1989-cu il təvəllüdlü Samir Cəfərovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Bəsti Cəfərovanın boğaz nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Samir Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

*** 09:24

Bakıda dəhşətli qətl hadisəsi olub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Şəhər sakini, 32 yaşlı Samir Cəfərov səhər vaxtı yemək yeyərkən 62 yaşlı anası Bəsti Cəfərovanın başını kəsib.

Qonşuların İTV-yə bildirdiklərinə görə, əvvəllər bu ailədə heç bir problem eşidilməyib. Qonşuların onları sakit ailə olduğunu deyiblər. Oğlanın qətli hansı səbəbdən törətdiyi hələ ki, dəqiqləşdirilməyib.

Samir Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026