Bakıda ana və 11 yaşlı övladını avtomobil vurub. Hadisə Nərimanov rayonunda qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Məmmədzadə Sevic Şakir qızını və azyaşlı övladı, 2011-ci il təvəllüdlü Məmmədzadə Samirə Samir qızını vurub.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar/virtualaz.org/. Müayinə zamanı anaya sağ ayağın yerdəyişən sınığı, azyaşlıya isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
















