• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Güclü külək Tərtərə də ziyan vurdu

HADİSƏ

20 Iyun 2024 | 23:02 | Müəllif: Subhan Mahmudov

Güclü külək Tərtərə də ziyan vurdu

İyunun 20-də axşam saatlarında əsən güclü külək Tərtər rayonunda ziyanlıq törədib.

Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumata görə güclü külək nəticəsində 20-dək ağac, 10-dan artıq elektrik dirəyi aşıb, fərdi evlərə, təsərrüfatlara ziyan dəyib. Rayonun yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi dayanıb.

Hazırda dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026