“Mən çox istəyirəm ki, Gürcüstan hökuməti Saakaşvilini siyasi rəqib kimi deyil, dünya tərəfindən tanınan islahatların memarı kimi görsün”.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ukraynanın 2 -ci Prezidenti Leonid Kuçma bildirib.
O, qeyd edib ki, Mixail Saakaşvili bir çox cəhətdən çox mürəkkəb bir insandır:
“Təəccüblü deyil ki, başına gələn vəziyyətin asan həlli yoxdur. Bir həll tapmaq üçün hər tərəfdən tarazlıq və əsl müdriklik lazımdır. Ümid edirəm ki, Ukrayna rəhbərliyi bu imtahandan nə öz vətəndaşının, nə də strateji tərəfdaşı olan Gürcüstanın maraqlarına zərər verməyəcək şəkildə keçəcək. Mən çox istəyirəm ki, Gürcüstan hökuməti Saakaşvilini siyasi rəqib kimi deyil, dünya tərəfindən tanınan islahatların memarı kimi görsün. Saakaşvili sayəsində Gürcüstan Avropa dəyərlərinə yaxınlaşdı, bunlardan ən əhəmiyyətlisi humanizmdir”.

“Saakaşvilini aclığı dayandırmağa çağırıram. Mən onu cəsur və iradəli bir döyüşçü kimi tanıyıram, amma aclıq gücünü itirmək deməkdir” – deyə L.Kuçma bildirib.
Nuranə Daxilqızı
















