Daşkəsən rayon Şəhidlər xiyabanında Vətən Müharibəsi şəhidləri Abdullayev Həsən Qərib oğlunun, İsrafilov Vidadi Vaqif oğlunun və Əhmədov Əhmədxan Məzahir oğlunun anım günləri keçirilib.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhuna dualar oxunub.
Bakıvaxtı.az xəbər verir ki, Anım günüdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin 21 saylı Ərazi Məşğulluq Filialının əməkdaşları,ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, rayonun şəhid anaları, qazilər və KİV mənsubları iştirak ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin!





















