Sumqayıtda itkin düşən 13 yaşlı Quliyev Elcan Elmar oğlu tapılıb.
Bunu mətbuata açıqlamasında DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
DİN rəsmisi qeyd edib ki, itkin düşmüş yeniyetmə paytaxtın Səbail rayonunun Bulvar ərazisində polis tərəfindən tapılıb.
“Hazırda o, Sumqayıt şəhərinə aparılır, ailəsinə təhvil veriləcək”, - deyə E.Hacıyev bildirib.
***
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda itkin düşən 13 yaşlı oğlanla məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Sumqayıt şəhəri, 12-ci kvartal adlanan ərazidə 13 yaşlı Quliyev Elcan Elmar oğlunun itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.
“Hazırda Elcan Quliyevin tapılması istiqamətində polis əməkdaşları tərəfindən intensiv-axtarış tədbirləri davam etdirilir”, - qeyd olunub.
















