• Bakı 18° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Gürcüstanda seçkilərin ilkin nəticələri açıqlandı

DÜNYA

03 Oktyabr 2021 | 09:10

Gürcüstanda seçkilərin ilkin nəticələri açıqlandı

Gürcüstanda yerli özünüidarə orqnlarına seçkilırin ilkin nəticələri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, ilkin nəticələrə görə, “Gürcü Arzusu” partiyası seçkilərdə liderdir.

İqtidar partiyasının Tbilisi meri namizədi və hazırkı meri Kaxa Kaladze “İmedi TV”nin nəticələrinə görə, 51,3, “Formula TV”nin nəticələrinə görə isə 43 faiz səs toplayıb.

“Mtavari TV”nin nəticəsinə görə, əsas müxalifət partiyası olan “Birləşmiş Milli Hərəkat”ın Tbilisi meriliyinə namizədi Nika Melia 40,8, Kaladze 40,2 səs alıb.

Gürcüstan Baş naziri İrakli Qaribaşvili “Gürcü Arzusu”nun ölkənin hər bölgəsində seçkilərdə qalib gəldiyini açıqlayıb. O, Kaladzenin ikinci dəfə Tbilisi meri seçildiyini deyib.

“Mtavari TV”nin nəticələrinə görə seçkiləri dəyərləndirən Melia isə müxalifətin qalib gəldiyini bildirib. O, seçkilərdən sonra Tbilisidə koalisiya idarəçiliyinin olacağını söyləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026