• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Hansı maskalardan istifadə edək?

CƏMİYYƏT

26 Yanvar 2022 | 13:11 | Müəllif: Qalib İbrahimoğlu

Hansı maskalardan istifadə edək?

Mütəxəssislər koronavirusun “Omikron” ştamından qorunmaq üçün parça və adi tibb maskalardan istifadəni effektsiz sayırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu səbəbdən də parça və sintetik maskalardan imtina edilməsi təklif olunur. Hesab edilir ki, parça maskalar virusdan qorumur, əksinə mikrobları özünə yığır.

Bəs hansı maskalardan istifadə etməliyik? İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, koronavirus aerozol yolla yoluxur və yüksək yoluxucudur: “Buna görə parça maskalar qorumur”.

Həkim onu da qeyd edib ki, N95 tipli filtrli maskaları uzun müddət taxmaq olmur, hipoksiya yaradır: “Onları yüksək yoluxucu riski olan yerlərə girərkən taxmaq lazımdır”.

M.Əliyevin sözlərinə görə, hazırda ən optimalı 2 cərrahi maska taxmaqdır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026