• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Harri Potter"in məşhur aktrisası öldü

DÜNYA

21 Aprel 2024 | 21:40

Harri Potterin məşhur aktrisası öldü

“Harri Potter və Ölüm Hədiyyələri: 2-ci hissə” filmindəki rolu ilə məşhurlaşan britaniyalı aktrisa Samanta Devis 53 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onu həyat yoldaşı Urovik Devis məlumat verib.

Bildirilib ki, aktrisa martın 24-də vəfat etsə də, onun ölümü bu günlərdə məlum olub.

Devisin ölüm səbəbi açıqlanmır. Belə ki, 124 sm boyunda aktrisa son zamanlarda hərəkət etməkdə çətinlik çəkirdi.

Sənətçi həmçinin “Leprekon 2” və “Şəhər mələkləri” filmlərində də rol almışdı.


SON XƏBƏRLƏR

26 Iyul 2024