ABŞ-da hava şarı qəzaya uğrayıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Arizona ştatının Eloy şəhərində baş verib.
Qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.
Hava şarının düşmə səbəbi hələ açıqlanmayıb.
Qəzada həyatını itirənlərin kimliyi bilinmir.
Günəş Mərd
















