• Bakı 16° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Samuxda açıq ərazidə yanğın olub - VİDEO

HADİSƏ

14 Fevral 2024 | 11:19

Samuxda açıq ərazidə yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux rayonunun Yenikənd kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Samux rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin həyata keçirdikləri zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

    Yanğın nəticəsində təxminən 6 ha sahədə qamışlıq və kol-kos yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    31 Oktyabr 2026