• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda AĞIR QƏZA - ölən və yaralanan var - YENİLƏNİB

HADİSƏ

14 Mart 2024 | 19:20 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda AĞIR QƏZA - ölən və yaralanan var - YENİLƏNİB

Cəlilabadda yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, BDYPİ mətbuat xidmətindən bildirilib ki, hadisə saat 15:30 radələrində Ələt-Astara magistralının 123 km-də Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

"Hyundai Getz" markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə Lənkəran rayon sakini, 1957-ci il təvəllüdlü Şamil Suli oğlu Mirzəyevə məxsus nasaz vəziyyətdə dayanan "Mercedes" markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində "Mercedes" avtomobilinin yanında dayanan sürücü Ş.Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

18:56

Ələt-Astara avtomobil yolunda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, qəza yolun 123-cü km-də Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha biri isə xəsarət alıb.

Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026