• Bakı 15° C

    3.41 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Hava yağmursuz olacaq

CƏMİYYƏT

14 Dekabr 2022 | 08:35 | Müəllif: Qalib İbrahimoğlu

Hava yağmursuz olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və əsasən yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu olacaq.

Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026