Hazırda ölkə üzrə distant təhsildə olan məktəb yoxdur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib.
Nazirlikdən qeyd olunub ki, distant təhsilə keçən siniflərin sayı isə 10-dur.
Xatırladaq ki, müvafiq qaydalara uyğun olaraq məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir.
















