Səudiyyə Ərəbistanı hər il Həcc ziyarətinə gəlməsi üçün icazə verilən say limitini krallıq vətəndaşları və əcnəbilər də daxil olmaqla 1 milyon nəfərə qədər artırıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Məkkəyə həcc və ümrə ziyarətinə yaşı 65-dən az olan, tam peyvənd olunan şəxslər buraxılacaq. Zəvvarlar gəldikdən sonra koronavirusla bağlı testin neqativ nəticəsini təqdim etməli olacaqlar.
















