ABŞ-li məşhur reper “P. Diddy”nin ( Şon Kombs) həbs müddəti yenidən azaldılıb.
Bakıvaxtı.az xəbər verir ki, ifaçının cəzası daha ay yarım ixtisar edilib.
Məlumata görə, “P. Diddy” əvvəlcə elə rəsmi olaraq elan edilən 15 aprel tarixi əvəzinə, 2028-ci il fevralın 23-də azadlığa çıxacaq.
Qeyd edək ki, onun həbs müddətinin başa çatacağı ilkin tarix 2028-ci il mayın 8-i müəyyən edilmişdi.
Xatırladaq ki, ötən ilin oktyabr ayının əvvəlində Nyu-York məhkəməsi reperi 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Münsiflər heyəti onu fahişəliyə cəlb etmək məqsədilə insan alveri (daşınması) üzrə iki epizodda təqsirli bilsə də, reketlik və cinsi istismar barədə digər iki epizod üzrə ona bəraət verilib.
Bakı 



