İsrail Qəzza zolağında terror qruplaşması ilə əlaqəli hədəflərə hücumları dayandırarsa, oktyabrın 7-də HƏMAS tərəfindən əsir götürülən mülki şəxslər azad ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə HƏMAS lideri Xalid Məşal çərşənbə axşamı bildirib.
"Sky News"a müsahibə verən Məşal əsir götürülən mülki şəxsləri "girov" adlandırmaqdan imtina edib və İsrailin Qəzza zolağına endirdiyi hava hücumlarında əsir düşənlərdən ən azı 22-ni öldürdüyünü iddia edib.















