• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulub" - Netanyahu

DÜNYA

28 Mart 2024 | 23:48

HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulub - Netanyahu

İsrail Qəzza zolağında hərbi əməliyyatlar zamanı HƏMAS hərəkatının "strateji aktivlərini" ələ keçirib və danışıqlar zamanı bundan istifadə etmək niyyətindədir.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Baş nazir Benyamin Netanyahu israilli girovların ailələri ilə görüşdə deyib.

“Biz HƏMAS-ın strateji aktivlərini ələ keçirdik. Bu, girovlarımızın azad edilməsi üçün daha bir açardır. Bu günə qədər 123 girov geri qaytarılıb. Digər girovların da hər birini geri qaytarmağa borcluyam. Mən şəxsən gecə-gündüz bu işlə məşğulam”, - deyə Baş nazir qeyd edib.


SON XƏBƏRLƏR