• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

HƏMAS İrana təşəkkür etdi

DÜNYA

26 Mart 2024 | 20:20 | Müəllif: Subhan Mahmudov

HƏMAS İrana təşəkkür etdi

Bu gün İrana səfər edən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Görüşdən sonra birgə mətbuat konfransı keçirilib və Haniyə İranın HƏMAS-a dəstəyini təqdir edib.

“İran Fələstinin davası və xalqına dəstək məsələsində ön sıralardadır”,- o, deyib.

Haniyə HƏMAS-ın mövqeyindən geri çəkilməyəcəyi barədə bəyanat səsləndirib.

“HƏMAS nə müharibənin ortasında, nə də ondan sonra heç vaxt mövqelərini tərk edəcək”,- Haniyə vurğulayıb.

Mətbuat konfransı jurnalistlərin sualları cavablandırılmadan başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026