• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Hikmət Hacıyev Rafal Poborski ilə görüşdü

SİYASƏT

24 Iyul 2024 | 17:17

Hikmət Hacıyev Rafal Poborski ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Polşanın ölkəmizdəki səfiri Rafal Poborskini ölkəmizdə diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Səfir Rafal Poborski ilə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında dostluq, vida görüşü olub. Görüş zamanı, Azərbaycan ilə Polşa arasında yaxşı münasibətlərin mövcud olduğu vurğulanıb”, - paylaşımda qeyd edilib.


SON XƏBƏRLƏR

21 Iyun 2025