Nyu-Yorkda səfərdə olan İran Prezidenti İbrahim Rəisi BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı İran Prezidenti ölkəsinin dünyada sülh və təhlükəsizliyin genişləndirilməsində iştirak etməyə hazır olduğunu bildirib.
Baş katib BMT-nin İranın Yəmən böhranına son qoymaq təşəbbüslərinə dəstəyini vurğulayıb.
















