BMT insan haqları üzrə Cendvredə keçirilən iclasında ABŞ səfiri Mişel Teylor, onlarla iclas iştirakçısı tərəfindən baykota uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, özünün X şəbəkəsində həmin iclasdan videogörüntüləri yayımlayan jurnalist Seleyman Əhməd bildirib ki, Teylor çıxış etməyə başlayarkən, onlarla xarici nümayəndə etiraz əlaməti olaraq, ayağa qalxaraq məruzəçiyə arxa çeviriblər.
Vaşinqtonun insan haqlarına barmaqarası yanaşması diplomatlar tərəfindən belə etiraz etməklə qarşılanıb. "ABŞ bütün dünyada hörmətini itirir"- deyə jurnalist Süleyman Əhməd yazır.
İsrailin BMT-dəki səfiri isə, buna cavab olaraq BMT Baş Assambleyasının binası qarşısında "İran qadınları indi azadlıq əldə etməyə layiqdirlər" şüarı qaldırıb.
İsmayıl Alısoy
















