• Bakı 28° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İçərisində 17 ədəd soyuducu olan mağaza YANDI

HADİSƏ

18 Mart 2025 | 09:22

İçərisində 17 ədəd soyuducu olan mağaza YANDI

Ucar rayonunun Alpout kəndində ümumi sahəsi 500 m² olan mağazanın yanar konstruksiyaları 440 m² sahədə, içərisində olan ərzaq, geyim malları və 17 ədəd soyuducu yanıb.

Bu barədə Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yüksək temperaturdan mağazanın qarşısında dayanan “ГА3” markalı yük avtomobilinin ön farası və güzgüsü qismən əriyib.

Mağazanın qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026