• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

İki gün geomaqnit qasırğası olacaq 

CƏMİYYƏT

17 Iyul 2023 | 11:55

İki gün geomaqnit qasırğası olacaq

16 iyul axşam saatlarından başlayaraq G1 (zəif) səviyyəli geomaqnit qasırğası qeydə alınıb.

Şamaxı Astrofizika Rəsədxanasından Bakıvaxtı.az-a verilən xəbərə görə, Günəş küləyinin sürətinin də 17-19 iyul tarixlərində yenidən yüksələcəyi gözlənilir.

Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması, 12-13 iyulda isə 4Kp-yə kimi yüksəlməsi ehtimalı var.

16 iyul saat 13:20-də gələn şok dalğasının təsiri ilə S1 səviyyəli radiasiya qasırğası baş verib, sonra isə geomaqnit sahəsinin aktivliyi G1 səviyyəsinə kimi yüksəlib. 17-18 iyulda Tac Kütlə Atılmalarının təsiri ilə G2 (orta) səviyyəli geomaqnit qasırğasının olacağı, 19 iyuldan sonra isə yavaş-yavaş təsirin zəifləyəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026