Dekabrın 26-da MDB-yə üzv ölkələrin liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev açıqlayıb.
"Dekabrın 25-26-da Sankt-Peterburqda da iki mühüm tədbir keçiriləcək. Bu, dekabrın 25-də prezidentlər səviyyəsində Aİİ-nin Ali Şurasıdır, 26-da isə MDB ölkələri prezidentlərinin qeyri-rəsmi görüşü gözlənilir", - deyə o qeyd edib.
Görüşdə Azərbaycan lideri İlham Əliyevin də iştirakı nəzərdə tutulub.
Bundan əlavə, Lebedev əlavə edib ki, dekabrın 18-də Rusiyanın baş naziri Mixail Mişustinin təşəbbüsü ilə MDB hökumət başçılarının növbədənkənar iclası keçiriləcək.