• Bakı 17° C

    5.13 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.0781

İlhamə Elşadqızının həbs müddəti uzadıldı

HADİSƏ

21 Aprel 2025 | 11:19

İlhamə Elşadqızının həbs müddəti uzadıldı

“TikTok”da özünü şair kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızı barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı təqdimata Yasamal Rayon Məhkəməsində baxılıb.

    Məhkəmə təqdimatı təmin edib və təqsirləndirilən şəxsin həbs müddəti 15 gün uzadılıb.

    Xatırladaq ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb

    Qeyd edək ki, “TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid , Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb.

    İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.


    SON XƏBƏRLƏR

    20 Aprel 2025