• Bakı 18° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Sabirabadda DƏHŞƏT! Qeyri-rəsmi nikahda olduğu qızı öldürüb Kürə ATDI - YENİLƏNİB

HADİSƏ

20 May 2025 | 20:34

Sabirabadda DƏHŞƏT! Qeyri-rəsmi nikahda olduğu qızı öldürüb Kürə ATDI - YENİLƏNİB

Mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

 

***16:07

Sabirabadda qətl hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.

    Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.

    Seyidrəsul Talıbzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

    Hazırda Kür çayında meyitin axtarışları aparılır.

    Faktla bağlı araşdırma gedir.


    SON XƏBƏRLƏR