Xəbər verdiyimiz kimi, dünən Gəncə şəhəri “Mahsara bağları” adlanan ərazidəki avtomobil təmiri sexində 15 yaşlı oğlanın meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, dünyasını dəyişən Ümid Niftəliyev Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş.
Onun təmir sexində qardaşının yanında usta köməkçisi kimi işlədiyi və orada müəmmalı şəraitdə öldüyü bildirilib.
Hadisə ilə bağlı şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.
Vəfat edən məktəblinin fotosunu təqdim edirik: