• Bakı 8° C

    0.47 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kanada Azərbaycana təşəkkür edib

SİYASƏT

19 Iyun 2025 | 09:52 | Müəllif: Əli Hüseynov

Kanada Azərbaycana təşəkkür edib

Kanada vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Kanadanın xarici işlər naziri Anand arasında telefon danışığı aparılıb.

Telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub. Kanada xarici işlər naziri həmçinin ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib.

Nazir Ceyhun Bayramov, öz növbəsində, Kanada nazirini bu vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026