• Bakı 25° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Paytaxtın bu ərazilərinin qazı KƏSİLƏCƏK

CƏMİYYƏT

19 Iyun 2025 | 09:07

Paytaxtın bu ərazilərinin qazı KƏSİLƏCƏK

Paytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonunda magistral qaz kəmərinin müvafiq hissəsinin dayaqlar üzərinə qoyulması və qaz sızmasının ləğvi, Suraxanı rayonunda qaz xətti üzərində təmir-quraşdırma işlərinin aparılması məqsədi ilə 19.06.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlar və Stansiya Qala yaşayış massivlərində, Mərdəkan yeni yaşayış massivində, Daxili Qoşunlar ətrafında, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsində, Bahar, Dədə Qorqud və Sahil yaşayış massivlərində və Zığ bağlarında istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


SON XƏBƏRLƏR