• Bakı 21° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

İmişlidə 9 yaşlı uşağı maşın vurdu

HADİSƏ

07 Aprel 2024 | 18:52 | Müəllif: Subhan Mahmudov

İmişlidə 9 yaşlı uşağı maşın vurdu

İmişlidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, qəza nəticəsində 9 yaşlı uşaq xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə İmişli şəhərindəki Nəcməddin Savalanov küçəsində qeydə alınıb.

Zamanov Ramo Mustafa oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçən 2015-ci il təvəllüdlü Xancanov Əlizadə Elman oğlunu vurub. Xəsarət alan uşaq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyyə olunub. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR