• Bakı 24° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İmran Xanla bağlı qərar verildi

DÜNYA

08 Avqust 2023 | 21:24 | Müəllif: Subhan Mahmudov

İmran Xanla bağlı qərar verildi

Pakistanda İmran Xanla bağlı qərar verilib.

Bakıvaxtı.az xəbər verir ki, dövlət hədiyyələrini satmaq və var-dövlətini gizlətmək ittihamı ilə 3 il həbs cəzası alan və Toşaxana işi çərçivəsində həbs edilən keçmiş baş nazir İmran Xana da 5 il siyasi qadağa qoyulub.

Pakistan Seçki Komissiyası (ECP) siyasi qadağa qərarını 2017-ci il Seçki Qanununun 232-ci maddəsi və Konstitusiyanın 63(1)(h) maddəsinə əsaslanaraq, Xana qarşı həbs cəzasını əsas gətirib.

Xan hökuməti ötən ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra buraxıldı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026