• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İlon Mask Ukraynanın hücumunu belə dayandırdı

DÜNYA

07 Sentyabr 2023 | 20:54 | Müəllif: Subhan Mahmudov

İlon Mask Ukraynanın hücumunu belə dayandırdı

Ötən il milyarder iş adamı İlon Mask Ukraynanın Rusiya donanmasına sualtı dron hücumunun qarşısını almaq üçün Krım sahillərində gizli şəkildə “Starlink” peykini bağlamışdı. 

Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Uolter Ayzekson İ.Maskın yeni tərcümeyi-halında yazır.

Qeyd olunur ki, Ukraynaya məxsus partlayıcılarla doldurulmuş sualtı pilotsuz aparatlar Rusiya donanmasına yaxınlaşanda onlar əlaqəni itirib və zərərsiz şəkildə sahilə çatıblar.

İddia edilir ki, Maskın bu qərarına səbəb Rusiyanın mümkün hücuma nüvə silahı ilə cavab verəcəyi qorxusu olub.

Müəllif yazır ki, bu epizod Maskın Ukraynadakı müharibə zamanı “unikal” mövqeyini ortaya qoyur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026