• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Quterreş Həmasın hücumunu pislədi

DÜNYA

07 Oktyabr 2023 | 20:31

Quterreş Həmasın hücumunu pislədi

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş “HƏMAS”ın İsrailə hücumunu pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin şərhində deyilir.

“BMT-nin Baş katibi HƏMAS-ın İsrailin Qəzza zolağı yaxınlığında və mərkəzi İsrail şəhərlərinə hücumunu, o cümlədən İsrailin məskunlaşdığı ərazilərə minlərlə raket atılmasını qətiyyətlə pisləyir”, - deyə Dujarrik bildirib.

Bundan əlavə, o qeyd edib ki, Quterreş Fələstin-İsrail münaqişəsinin tərəflərini maksimum təmkinli olmağa çağırıb.

Təşkilatın baş katibinin sözlərinə görə, İsrail ətrafında vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün diplomatik səylərə ehtiyac var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR