• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kadırovdan prezident seçkilərilə bağlı TƏKLİF

DÜNYA

07 Oktyabr 2023 | 19:10

Kadırovdan prezident seçkilərilə bağlı TƏKLİF

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada 2024-cü ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin Ukraynadakı müharibədən dolayı ləğv edilməsini təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Kadırov Kreml rəhbəri Vladimir Putinin ad günü münasibətilə Qroznıda təşkil edilən aksiyada çıxışı zamanı deyib.

“Prezidentə sağlamlıq və uzun ömür arzu edirəm. Elə indi təklif edirəm ki, xüsusi hərbi əməliyyatın (Ukraynada müharibə - red.) getdiyi zamanda seçkilərdə vahid namizədimizin Vladimir Putin olması ilə bağlı yekdilliklə qərar qəbul edək. Yaxud, seçkiləri müvəqqəti olaraq ləğv edək. Çünki bu gün ölkəmizi qoruya biləcək başqa bir şəxs yoxdur”, - deyə o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR