• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0177

İmtahanda yüksək bal toplayan müəllim işsiz qaldı

CƏMİYYƏT

19 Sentyabr 2023 | 00:21

İmtahanda yüksək bal toplayan müəllim işsiz qaldı

Müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayan və vakansiya seçimi edən Goranboy sakini hələ də tam işlə təmin olunmayıb.

Bakıvaxtı.az xəbər verir ki, Gülay Əliyeva müəllimlərin işə qəbulu üzrə imtahanda 81 bal toplayıb.

O, Naftalan şəhərində 2 nömrəli tam orta məktəbdə elan olunan vakansiya üzrə müraciət edib, amma məktəbə gedəndə fərqli mənzərə ilə qarşılaşıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gülay Əliyevanı Dəliməmmədli şəhərində yerləşən orta məktəbə müddətli işə təyin edib. Gənc mütəxəssis bu təyinatın ədalətli olmadığını bildirib.

Baş verən halla bağlı vətəndaş dəfələrlə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət etsə də, problemi həll olunmayıb. Hətta dəfələrlə idarəyə gedən müəlliməyə hadisə ilə bağlı Bakıya müraciət edildiyi və bununla bağlı yekun nəticənin olmadığı bildirilib.

Mövzu ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılır.

Qeyd edək ki, Gülay Əliyeva iki uşaq anasıdır, həyat yoldaşı isə Azərbaycan Silahlı Qüvvələrinin Sülhməramlı Kontingentinin tərkibində İraqda xidmət edib. Aprel döyüşlərinin iştirakçısı olub./xezerxeber.az


SON XƏBƏRLƏR

24 Sentyabr 2023