İnstaqram sosial şəbəkəsində problem yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, internet resurslarının nasazlıqları və əlaqənin kəsilməsini izləyən “Downdetector” saytı istifadəçilərin xidmətin işindəki nasazlıqdan şikayətləndiklərini bildirir.
Qeyd olunub ki, istifadəçilərin 54%-i proqram, 25%-i sayt, 21%-i serverə qoşulma ilə bağlı problem yaşayır.
Ən çox şikayətin Rusiya, Belarus və Ukraynadan gəldiyi bildirilir.
















