• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İran İsraildən necə qisas alacaq?

DÜNYA

06 Aprel 2024 | 16:43

İran İsraildən necə qisas alacaq?

İran Dəməşqdəki İran konsulluğunun İsrail tərəfindən atəşə tutulmasına cavab olaraq İsrail daxilindəki hədəflərə zərbələr endirməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerikanın “NBC” telekanalı mənbələrə istinadən məlumat yayıb.

"Bayden administrasiyasının rəsmiləri İranın bu həftə İsrailin Suriyadakı hava hücumlarına cavab olaraq İsrail daxilindəki hədəflərə zərbələr endirməyi planlaşdıra biləcəyindən narahatdırlar".

İranın cavabı, ABŞ-da gözlənildiyi kimi, hərbi və ya kəşfiyyat obyektlərinə yönəldiləcək.

Bundan əlavə, ABŞ prezidenti Co Bayden administrasiyası artıq İranın mümkün hərəkətlərinə cavab variantlarını nəzərdən keçirməyə başlayıb.

Mənbələr bildiriblər ki, İran bir dəstə dron və ya yerdən buraxılan qanadlı raketlərdən istifadə etməklə zərbə endirə bilər.

Başqa bir ssenari bölgədəki İsrail diplomatik və ya konsulluq obyektinə zərbə ola bilər.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026