• Bakı 23° C

    7.15 m/s

Ərdoğan Rəisi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib - YENİLƏNİB

DÜNYA

24 Yanvar 2024 | 20:58

Ərdoğan Rəisi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə Suriya, İraq, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə lideri görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"İkitərəfli və regional əlaqələri müzakirə etdik. Terrorla mübarizədə birgə fəaliyyət göstərməyimizin vacibliyini vurğuladıq. PKK/PYD/YPG və PJAK-a qarşı əməkdaşlığımızın daha da gücləndirilməsinə toxunduq", - Ərdoğan bildirib.

Qeyd edək ki, mətbuat konfransından sonra Türkiyə ilə İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 10 müqavilə imzalanıb.

 

16:04

İran Prezidenti İbrahim Rəisi Türkiyədə rəsmi səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, onu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb.

Hazırda iki prezident arasında təkbətək görüş keçirilir.

***

12:43

İran Prezidenti İbrahim Rəisi Türkiyəyə rəsmi səfərə yola düşüb.

Bakıvaxtı.az İran mətbuatına istinadən bildirir ki, o, hava limanında jurnalistlərə açıqlama verib.

Qeyd edək ki, İ.Rəisinin Türkiyəyə səfəri yanvarın 4-nə nəzərdə tutulmuşdu. Ancaq ictimaiyyət üçün açıqlanmayan səbəblərdə səfər bir neçə dəfə təxirə salınmışdı.

***

09:31

İran prezidenti İbrahim Rəisi bu gün Türkiyəyə rəsmi səfər edəcək.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, onu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayacaq.  

Təkbətək və heyətlərarası görüşlərdən sonra iki liderin mətbuata açıqlaması gözlənilir.

Terror təşkilatları ilə mübarizə, Qəzzadakı vəziyyət və Rusiya-Ukrayna müharibəsi Ərdoğan və Rəisinin gündəmində olacaq.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026