• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Putin Kadırovla görüşdü

DÜNYA

23 Fevral 2024 | 18:10 | Müəllif: Subhan Mahmudov

Putin Kadırovla görüşdü

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Çeçenistan rəhbəri Ramzan Kadırov arasında görüş keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Kadırov öz teleqram kanalında paylaşıb. 

Onun sözlərinə görə, görüş bu gün baş tutub: "Putinə respublikanın diqqət tələb edən ən vacib inkişaf istiqamətləri, investisiya layihələri barədə məlumat verdim. Həmişə olduğu kimi, Vladimir Vladimiroviç heç bir məsələni diqqətdən kənar qoymadı".

Kadırov, həmçinin teleqram kanalında Rusiya lideri ilə görüşü zamanı çəkdiyi selfini də paylaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026