• Bakı 20° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Moskva-İrəvan reysində bomba həyəcanı - YENİLƏNİB

DÜNYA

24 Mart 2024 | 17:17 | Müəllif: Subhan Mahmudov

Moskva-İrəvan reysində bomba həyəcanı - YENİLƏNİB

Şeremetyevoda təyyarədə olan sərnişin təyyarə bələdçisinin telefon danışığından əsəbiləşdiyi üçün bomba xəbər verib.

Bakıvaxtı.az rus mətbuatına istinadən xəbər verir ki, partlayıcılarla bağlı ifadənin zarafat olduğu üzə çıxıb. Polis hər iki şəxsi məsuliyyətə cəlb edibş  

***16:00

Moskvanın Şeremetyevo hava limanında İrəvana uçan təyyarənin qadın sərnişini stüardessaya bel çantasında bomba olduğunu bildirib. 

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə Rusiyanın 112 teleqram kanalı məlumat yayıb.

"Qadın Moskvadan İrəvana uçmalı olan təyyarəyə mindikdən sonra bomba olduğunu deyib. Təyyarə "Aeroflot" şirkətinə məxsusdur", - kanal yazıb. 

Məlumata görə,  Şeremetyevo hava limanında bomba xəbəri yayıldıqdan sonra İrəvana uçuş gecikib. Hazırda təyyarənin yola salınması saxlanılıb, polis araşdırma aparır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026