• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Rayonda subay qalmayacaq: Namizəddən çılğın vəd

DÜNYA

23 Fevral 2024 | 16:27

Rayonda subay qalmayacaq: Namizəddən çılğın vəd

Kahramanmaraşın Ekinözü rayonunda bələdiyyə sədrliyinə namizədliyini irəli sürən Fahrettin Bozkurt vətəndaşlara verdiyi vədlə diqqət çəkib.

Bakıvaxtı.az “TGRT Haber”ə istinadən xəbər verir ki, Bozkurt bələdiyyə sədri seçiləcəyi təqdirdə rayondakı bütün subayların evlənə biləcəyinə söz verib.

“Rayonda subay olan hər kəsin ailə qurmağı üçün əlimdən gələni edəcəm. Mən sizə xidmət etmək üçün gəlmişəm. Dostlar, gənclik çox önəmlidir. Baxıram cavan-qoca hamı subaydır. Heç kimi subay buraxmayacam".

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri 2024-cü il martın 31-də keçiriləcək.

Günəş Mərd 

Evlənə bilməyənlər onunla qaçacaqlar! Prezidentliyə namizəddən çılğın vəd - Şəkil 2


SON XƏBƏRLƏR

26 Iyul 2024